Salam bu sayta gəlsəniz peşiman olmayacaqsınız Allahın izni inə dahada gözəl olar - - -
Zuhur 313 Yəl Ya Sahibəzaman
Ya Allah bizləri Ağanın əsgərlərindən qərar ver

İslami Mövzülar

Oxuyun çox gözəl məlumatlardır
Sizcə də qeribə deyilmi?
Admin tarih 01.07.2014, 00:31 (UTC)
 Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saat bizə bu qədər uzun görünür, TV qarşısında sərf etdiyimiz 1 saat isə bu qədər qısa?

Qəribə deyilmi ki, 10 manatı məsciddə sədəqə olaraq, qoyduqda, bu pul bizə çox böyük bir məbləğ kimi görünür, mağazada qoyduqda isə nə qədər az pul xərclədiyimizi düşünürük?

Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dotlarımızla deyib-güləndə diqqətimiz başqa şeylərə yönəlmir?

~:~:~ ~:~:~

Qəribə deyilmi ki, futbol maçının vaxtının uzadıldığını biləndə biz bu qədər sevinirik, amma xütbə həmişəkindən 1 neçə dəqiqə çox davam edəndə, üzümüzdə narazı ifadə yaranır, tez-tez saata baxrırq?

~:~:~

Qəribə deyimi ki, Qurandan 1 parçanı necə güclə oxuyuruq, amma sevdiyimizi roman heç əlimizdən düşmür?

~:~:~

Qəribə deyilmi ki, konsert zallarında adamlar birinci sıraları tutmaq üçün əldən gedirlər, məscidlərdə isə axırıncı siralar üçün?

~:~:~

Qəribə deyilmi ki, Qurandan 1 neçə ayə əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahni sözlərinisə tez yadda saxlayırıq?

~:~:~ ~:~:~

Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tezcə inanırıq, Allahın kitabi Quranda yazılanlara isə bu qədər çətinliklə və gec?

~:~:~

Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyirik, amma onu əldə etmək üçün çalışmaqsa istəmirik?

~:~:~

Qəribə deyilmi ki, bizlərdən hər birimiz başqalarının günahlarını gördükdə hakim oluruq, öz günahlarımızı gördükdə isə vəkil?

~:~:~

Qəribə deyilmi ki, yalnızca "Hacı Filankəs" deyə cağırılmağın xətrinə minlərlə kilometr məsafə qə`t edərək Həccə gedən bizlər, geriyə qayıtdıqda 24 saatın 25-cə dəqiqəsini namaza sərf etməyə vaxt tapmırıq?

~:~:~

Qəribə deyilmi ki, kilsəyə gedən xristiana, çalma geyən hindliyə dininə bağlılığı üçün hörmət edirik, məscidə gedən hicablı qızlariımızı "geridəqalmış, degenerat" adlandırırıq?

~:~:~

Qəribə deyilmi ki, müəyyən səbəblərə görə hələ ki, örtünmək imkanına malik olmayan, lakin qəlbən bunu arzulayan bacımızı "Örtünməlidir!Əks halda kafirdir!" ittihamı ilə üzləşdirən müsəlmanın ailəsi Allahı tanımır?

~:~:~

Qəribə deyilmi ki, "Allaha qurban olum, Onun yolundan canımdan da keçərəm!!!" deyən şəxs ən elementar ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir?

~:~:~

Qəribə deyilmi ki, insan bütün ömrü boyu başqa adamların hörmətini, razılığını qazanmaq üçün əlindən gələni əsirgəmir, Allahın razılğını qazanmağa gəlikdə isə "vaxtim yoxdur" bəhanəsilə aradan çıxır?

~:~:~

Qəribə deyilmi ki, mübahisələrə, münaqişələrə bu qədər vaxt ayıran biz müsəlmanlar qonşularımızın ac, yaxud tox olduğunu bilmədən yaşayırıq?

~:~:~

Qəribə deyilmi ki, bu sətirləri oxuyan hər bir insan mövzunun aktuallığını etiraf edəcək, amma bütün bu deyilənləri özünə yox, başqalarına şamil edəcək?

~:~:~

Sizcə də qəribə deyilmi?
 

Ağlayan bir cavan
Admin tarih 30.06.2014, 19:38 (UTC)
 Ağlayan bir cavan Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrət (s) buyurur: “Niyə ağlayırsan?” Cavan dedi: “Necə ağlamayım ki, böyük günahlar işləmişəm. Allah onları bağışlamaz. Mən də odda yanacağam”.
Həzrət (s) buyurur: “Müşrik olmusan. Sənin günahın nə qədər böyük olarsa- olsun, Allah bağışlayar”.
Cavan yenə də deyir: “Mənim günahım dağdan, yerdən, səmadan və ulduzlardan da böyükdür”.
Həzrət (s) buyurur: “Günahların böyükdür, yoxsa Allah?”
Cavan cavab verir: “Allah Təala”. Həzrət (s) buyurur: “Günahların nə qədər böyük olursa-olsun Allah bağışlayar”.
Bizim diqqət etməli olduğumuz mühüm məsələ odur ki, insan heç bir zaman Allahın rəhmətindən ümidsiz olmamalıdır. Ona görə də Allah, Onun rəhmətinə şübhə ilə yanaşmağı böyük günah adlandırmışdır. Belə ki, Quranda buyurur: “Allahın rəhmətindən naümid olmayın! Ona görə ki, kafir qövmdən başqa heç kəs Allahın rəhmətindən ümidini üzməz”. (“Yusuf”, 87). “Ancaq tövbə edib, iman gətirən və saleh əməllər edənlər müstəsnadır, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhim edəndir”
 

Kim Hüseynim Üçün Ağlayacaq.?
Admin tarih 30.06.2014, 19:29 (UTC)
 Hz. Peyğəmbər (s.a.v.s.), Hüseyn (a.s.)'ın şəhid olacağını və çəkəcəyi digər müsibət və sıxıntıları qızı Fatimə (a.s.) 'a xəbər verdiyində Fatimə (a.s.) çox ağladı və belə dedi:

"Bu sıxıntı və müsibətlər nə zaman baş verəcəkdir?" Peyğəmbər (s.a.v.s.) "Mən, sən və Əli dünyada olmadığımız bir zamanda" deyə buyurdu.

Fatimə (a.s.) bu sözü eşidib ağlaması daha çox artdı. Sonra "Kim Hüseyn'imə ağlayacaq və onun üçün yas tutacaqdır" dediyində Peyğəmbər (s.a.v.s.) belə buyurdu:

"Fatimə! Ümmətimin qadınları, Əhli- Beyt'imin qadınlarına, kişiləri də kişilərinə ağlayacaqlar. Hər il onun yasını yeniləyəcəklər. Qiyamət günü olduğunda sən qadınlara şəafaət edəcəksən, mən də kişilərə. Kim Hüseyn'in sıxıntı və müsibətinə ağlamış olarsa, onun əlini tutub cənnətə götürəcəyik. Fatimə! Qiyamət günü Hüseyn'in müsibətinə ağlayan gözdən başqa bütün gözlər ağlayacaqdır. O göz cənnət nemətlərinə yetişmək üçün güləcəkdir."
 

böyuk günahlar
Admin tarih 30.06.2014, 19:26 (UTC)
 1.Allahın rəhmətindən məyus olmaq
2.Allahın əzabından həmişəlik özünü amanda güman etmək
3.Allahın və peyğəmbərin adından yalan demək
4.Nahaqdan bir adamı öldürmək
5.Ata və ananın üzünə ağ olmaq
6.Zülm etməklə bir yetimin malın mənimsəmək
7.İsmətli bir qadına zina ittihamını vurmaq
8.Düşmənlə mübarizə meydanından qaçmaq
9.Yaxın qohumlarla əlaqəni kəsmək
10.Sehr və cadu etmək
11.Zina(qadınla kəbinsiz cinsi əlaqədə olmaq)
12.Həmcinsbazlıq(kişinin kişi ilə,qadının qadınla cinsi əlaqədə olması)
13.Oğurluq
14.Yalannan and içmək
15.Şəhadət verməyin vacib olduğu yerdə,boyun qaçırmaq
16.Yalannan məhkəmədə danışmaq
17.Əhdə vəfa qılmamaq
18.Ölünün vəsiyyətinə əməl etməmək
19.Şərab içmək
20.Faiz-sələmə pul vermək
21.Haram mal yemək
22.Qumarbazlıq
23.Ölən heyvan ətini yemək
24.Donuz əti yemək
25.Şəriət qanunları ilə kəsilməmiş heyvan ətini yemək
26.Müştərini tərəzidə aldatmaq
27.Dinini qorumaqda fəhlükə ilə üzləşəcəyi bir yerə köçmək
28.Zalıma kömək etmək
29.Zalım bir şəxsə arxalanmaq
30.Başqalarının haqqını bilərəkdən və üzürlü səbəb olmadan özündə saxlamaq
31.Yalan danışmaq
32.Özünü başqalarından böyük saymaq
33.İsraf etmək
34.Xəyanət etmək
35.Başqalarının qeybətini etmək
36.Söz gəzdirmək-ara vurmaq
37.Faydasız işlərlə məşğul olmaq
38."Həcc"fərizəsini yüngül saymaq
39.Namazı tərk etmək
40.Zəkat verməmək
41.Günahı yenidən təkrarlamaq.
 

Qadın ərini necə xoşbəxt edə bilər
Admin tarih 30.06.2014, 19:22 (UTC)
 Qadın ərini necə xoşbəxt edə bilər

1) Gözəl qarşılamaq

Ərin işdən, səfərdən və ya başqa bir yerdən evə gələndə onu gözəl qarşıla

a) Onu gülərüzlə qarşıla

b) Özünü bəzə və ətir vur

c) Yaxşı xəbərlərlə başla və pis xəbərləri sonraya saxla

d) Onu gözəl və həsrət çəkici sözlərlə qəbul et

e) Yeməyin əla olması üçün ciddi cəhd göstər və onu vaxtında hazırla

2) Özünü bəzəmək və yumşaq səs

a) Ancaq öz ərin üçün belə etməlisən

3) Yaxşı qoxulanmaq və fiziki gözəllik

a) Öz bədəninə yaxşı qayğı göstərmək və sağlam olmaq

b) Gözəl və cəlbedici paltarlar geyin və ətir vur

c) Müntəzəm olaraq yuyun və heyzdən sonra üzərindən qan ləkələrini və pis qoxuları kənar et

d) Ərinin səni çirkli paltarlarda və kobud formada görməsindən çəkin

e) Haram olan bər-bəzəkdən və ifrat dərəcədə bəzənməkdən çəkin (xüsusilə kosmetika, pudra, tatuirovka və s.)

f) Ərinin xoşladığı ətirlərdən, rənglərdən və paltarlardan istifadə et

4) Cinsi əlaqə

a) Ərinin cinsi əlaqəyə girmək istəməsini biləndə buna görə tələs

b) Cinsi əlaqə zamanı ərinə gözəl sözlər de

c) Bədənini təmiz saxla və gözəl qoxulan

d) Ərini həyəcanlandırmaq üçün münasib vaxtlar və yaxşı şərait seç və onu cinsi əlaqəyə girməyə həvəsləndir. Məs: Səfərdən gələndə, həftə sonu və s.

5) Allahın verdiyi ilə qənaətlənmək

a) Ərinin kasıb və ya sadə işi olmasından dolayı sıxılmamalısan

b) Sən kasıb, xəstə və əlil olan insanlara baxıb Allahın sənə verdiyinə şükür etməlisən

c) Sən bilməlisən ki, əsl var-dövlət iman və möminlikdir

6) Dünya mallarına laqeydlik

a) Sən bu dünyanı öz marağına və ümidinə çevirməməlisən

b) Sən ərindən lazımsız şeylərin alınmasını istəməməlisən

c) Tərki dünyalıq o demək deyil ki, sən yaxşı və halal şeylərdən faydalanmamalısan, lakin bu o deməkdir ki, sən gələcəyə baxmalısan və Cənnəti qazanmaq üçün Allahın verdikləri ilə faydalanmalısan.

d) Ərinə xərcə qənaət etməyi və kasıb insanlara yemək və zəkat vermək üçün pulu saxlamağı həvəsləndir.

7) Ehtiram (hörmət)

a) Peyğəmbərin hədisinə görə ərlərinə qarşı naşükür olduqları ucbatından Cəhənnəmdə insanların çoxluğunu qadınlar təşkil edəcək.

b) Ərinə qarşı minnətdar olmağın ərinin səni çox sevməsinə və səni razı salmaq üçün yaxşı işlər görməsinə həvəsləndirəcək

c) Ərinə qarşı naşükür olmağın isə onu narazı salacaq və özünə belə suallar verməyə başlayacaq: "Mən nəyə görə ona yaxşılıq etməliyəm, halbuki heç birini qiymətləndirmir?

8) Sədaqət və vəfalılıq

a) Ərinin sağlamlığına və ya işinə ziyan dəydiyi zaman, məs: hadisə və ya bankrot olduğu zaman sədaqətlilik

9) Onunla razılaşmaq

a) Onun hər bir sözünə itaət et. Əlbəttə ki, haramdan başqa

b) İslamda ər ailənin əmiridir. Zövcə isə ailənin dayağıdır

10) Hirsləndiyi zaman onunla xoş davranmaq

a) İlk öncə onun qəzəbinə səbəb olacaq sözlərdən və ya hərəkətlərdən çəkin

b) Lakin əgər bu baş verərsə, onda onu sakitləşdirməkdən ötrü aşağıdakı vasitələrdən istifadə et:

1) Əgər sən səhvsənsə, onda üzr istə.

2) Əgər o səhvdirsə onda:

a) Mübahisə etməkdənsə, sakit dayan

b) Ona de ki, sən düzgünsən

c) Onun sakitləşəcəyinə qədər gözlə və məsələni gözəl yolla müzakirə et

d) Əgər o, xarici (bayır) səbəblərə görə hisrlənibsə onda:

1) Hirsi gedənə qədər sakit dur

2) Onun üçün bəhanələr tap. Məs: yorğunluq, işdə problemlər, kimsə onu təhqir edib və s.

3) Çoxlu suallar vermə və nəyin baş verdiyini təkidlə soruşma. Məs: Mənə nə baş verdiyini deməlisən.

2) Sənin nəyə görə hirsləndiyini bilməliyəm

3) Məndən nəyisə gizlədirsən və bunu bilməyə haqqım var və s. Belə suallar verməyin.

11) Onun yoxluğunda iffəti (isməti) qorumaq

a) Özünü haram əlaqələrdən qoru

b) Ailənin sirlərini saxla, xüsusilə intim əlaqələri və ərinin başqasının bilməsini istəmədiyi şeylər

c) Evin və uşaqların qayğısına qal

d) Onun pulunun və malının qayğısına qal

e) Onun icazəsi olmadan bayıra çıxma və çıxarkən tamamilə hicaba bürün

f) Onun xoşlamadığı insanları evə dəvət etmə

c) Naməhrəmlə hər hansı yerdə olur-olsun, təkbaşına qalmaqdan çəkin!

ç) Onun yoxluğunda valideynləri və qohumları ilə yaxşı davran

12) Onun ailəsinə və dostlarına ehtiram göstərmək

a) Sən onun qonaqlarını yaxşı qarşılamalı və onları razı salmağa çalışmalısan, xüsusilə valideynlərini.

b) Onun qohumları ilə bacardıqca problemlərdən çəkinməlisən

c) Sən onu anası və sənin arasında seçim etmək vəziyyətinə qoymaqdan çəkinməlisən

d) Onun qohumlarına qarşı qonaqpərvərlik nümayiş elə və onları yaxşı yerlərdə yerləşdir. Onlar üçün gözəl yeməklər hazırla, onların zövcələrini yaxşı qarşıla

e) Onu öz qohumları ilə görüşməyi və öz evinə dəvət etməyi həvəsləndir

f) Onun valideynlərinə və bacılarına zəng aç, onlara hədiyyələr al, onları hər bədbəxtlikdən qoru

13) Heyranedici qısqanclıq

a) Ərinə qarşı qısqanclıq zövcənin ona qarşı sevgisinin əlamətlərindəndir, lakin bu, islami hüdudlarda olmalıdır. Məs: başqasının dalınca danışmaq, təhqir etmək, hörmətsizlik göstərmək. Bunları etməyin

b) Sən əsassız şübhələr yaratmamalısan

14) Səbir və emosional müdafiə

a) Kasıblıq və ya gərgin hallarla üzləşəndə səbirli ol

b) Özünə, ərinə, uşaqlarına, qohumlarına və s. bədbəxtlik baş verəndə səbirli ol

c) Əgər ərin səninlə pis rəftar edirsə, onun pis rəftarına qarşı yaxşı rəftarla qarşılıq göstər

15) Evi təmiz saxlamaq

a) Evi təmiz saxla, bəzə və səliqəyə sal

b) Evin quruluşunu vaxtdan-vaxta dəyişdir və sıxıntıdan çəkin

c) Gözəl və sağlam yeməklər hazırla

d) Evin öhdəsindən gəlmək üçün vacib bacarıqları öyrən

e) Uşaqları yetişdirmək üçün xüsusi və islami yolları öyrən

16) Pulu və ailəni saxlamaq

a) Onun pulundan icazəsi olmadan xərcləmə, hətta zəkat verəndə də

b) Onun yoxluğunda evini və s. qoru

c) Uşaqların yaxşı görünüşdə olmasına, paltarlarının təmiz olmasına diqqət elə. Onların qidalanmasına, sağlamlığına, təhsilinə və s. fikir ver. Onlara islamı öyrət və Peyğəmbərin (s.ə.s) və səhabələrinin (raa) həyatından rəvayətlər danış
 

<-Geri

 1 

Devam->

!~~ Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol