Salam bu sayta gəlsəniz peşiman olmayacaqsınız Allahın izni inə dahada gözəl olar - - -
Zuhur 313 Yəl Ya Sahibəzaman
Ya Allah bizləri Ağanın əsgərlərindən qərar ver

Ramazan ayı

Ramazan ayı haqqında hədislər



Quran:
«İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün Quranın nazil olduğu (bu həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı görərsə (əgər səfərdə olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Gərək (Təyin olunmuş) sayı kamil etməlsiniz. Sizlərə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edin (təkbir deyin) və bəlkə şükr edəsiniz (şükürü yerinə yetirmiş olasınız.)»

 

 

Hədis:
Allahın Peyğəmbəri (s):«Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»


Allahın Peyğəmbəri (s):«Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»


Allahın Peyğəmbəri (s):«Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»


Allahın Peyğəmbəri (s):«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»


İmam Əli (ə):«Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu:«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim:«Bu ayda ən yaxşı əməl nədir?» Allahın Peyğəmbəri (s) buyurdu:«Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»


İmam Baqir (ə):«Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»


İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»


Allahın Peyğəmbəri (s):«Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»


Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.»


Allahın Peyğəmbəri (s):«Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!»


İmam Sadiq (ə):«Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»

          
               
İftar vaxtında oxunan dua:
-“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl- məğfirəti iğfir li.”
İlahi, Sənə xatir oruc tuturam, Sənin verdiyin ruzi ilə 
     
Ramazan ayında hər vacibi namazdan sonra oxunan dualar: 
-“Ya əliyyu ya əzim, ya ğəfuru ya rəhim, əntər-Rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və haza şəhrun əzzəmtəhu və kərrəmtəh və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyy və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil-Quran, hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan və cəəltə fihi ləylətəl-Qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh, birəhmətikə ya ərhəmər-rahimin.
Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən və o Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin ramazan ayıdır və o ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi. 

-“Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi kullə cai. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəyn və əğnina minəl-fəqr, innəkə əla kulli şəyin qədir.
İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doydur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərində fəsad törədənləri islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən. 

Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar. 
«Allahummə rəbbə şəhri ramazanəl-ləzi ənzəltə fihil Qur'an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam» 
Ey Allahım, ey Ramazan ayının Rəbbi! (Bu ay) Elə bir aydır ki, bu ayda Qur'anı nazil etmisən, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bir ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım.
 
      
               Orucu nələr batil edir?

                                  Doqquz şey orucu batil edir: 
1. Yemək və içmək;
2. Cima (cinsi yaxınlıq); 
3. İstimna (özündən məni xaric etmə); 
4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 
5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 
6. Başı bütövlüklə suya batırmaq; 
7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 
8. Axıcı şeylərlə imalə etmək; 
9. Qusmaq.      

 QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ

Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah" Bu qüslün böyük savabı var.

2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".
3) Məscidə getmək. 
4) Qədr gecəsinin namazı. Bu namazın böyük şərafəti var. Xiftən və sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah" Sübh namazı kimi 2 rukətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə ixlas surəsi oxunmalıdır. Namazı qurtardıqdan sonra alını səcdəyə qoyub 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir. 
İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar".

5) Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni, "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam". 
Quranı baş üzərinə qoyub dua etməyin qaydası:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: "Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi və fihi ismukəl əkbər və əsmaukəl-husna və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minənnar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih və bihəqqi kulli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink"Mübarək Ramazan ayının əməlləri

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini 10 dəfə de:
1.Bikə ya Allah (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (s.ə.) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Huccəti (ə.c.) (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir, çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

6) İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rukət (sübhnamazı kimi) müstəhəb namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rukətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8) Peyğəmbər və onun Əhli-Beytinə salavat göndərmək.
9) Covşən-kəbir duasını oxumaq.
10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. 100 dəfə "əllahumməl`ən qətələtə əmiril muminin" Yəni, "İlahi, Əlinin (ə) qatillərinə lənət et"
11) 100 dəfə "əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. 
"Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm" 
      

!~~ Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol